Avq
2021
17:08
202
66
2559
Virtual karabakh

“Azərsu” monitorinq keçirdi: Restoran və kafelərdə sudan qanunsuz istifadə edilib - FOTO

5 Avq, 2021
17:08
2559

“Azərsu” monitorinq keçirdi: Restoran və kafelərdə sudan qanunsuz istifadə edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, şəhərdə həyata keçirilən nəzarət tədbirləri nəticəsində vətəndaşlar və sahibkarlar tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə olunduğu və sudan qanunsuz istifadə edildiyi aşkar edilib.

Aparılan yoxlamalar zamanı məlum olub ki, Bakı-Sumqayıt avtomobil yolunun kənarında yerləşən “Qu Gölü” restoranında su sayğacı olsa da su təchizatı sayğacdankənar xətt vasitəsilə aparılıb. “Məhəllə” adlanan kafedə də sudan uçotsuz istifadə halı üzə çıxıb. Su təchizatı sistemlərinə qoşulmaq üçün texniki şərti olmayan kafenin sahibi yaxınlıqdakı şəbəkədən özbaşına birləşmə edib.

Nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin ətraf qəsəbə və yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz və sayğacdankənar istifadə etdiyi məlum olub. Hətta elə abunəçilər var ki, unikal üsullardan istifadə edərək, gizli yollarla ev və həyətyanı sahələrə qanunsuz su xəttləri çəkib.

Aşkarlanan hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq, ödənişə yönəldilib. Eyni zamanda vətəndaşlar və sahibkarlar içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə məlumatlandırılıb. 

Bu ilin birinci yarısında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 9 169, Sumqayıt şəhəri üzrə isə 954 fakt aşkarlanıb.

Bu hallar üzrə müvafiq olaraq, 2,44 milyon kubmetr, Sumqayıt şəhəri üzrə isə 265 min kubmetr sərfiyyat bərpa olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri