Avq
2021
18:00
23
304
2715
Virtual karabakh

Baş nazirin müavinin sədrliyi ilə iclas keçirilib - FOTO

5 Avq, 2021
18:00
2715

Baş nazirin müavinin sədrliyi ilə iclas keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş nazirin müavini Əli Əhmədovun sədrliyi ilə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 23 iyul tarixli 2796 nömrəli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Komissiyanın fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanın müvafiq Konvensiyanın müddəalarının yerinə yetirilməsinə dair gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Komissiyanın iclasında prioritet istiqamətlər üzrə təkliflərin hazırlanması ilə əlaqədar tapşırıqlar verilib, həmçinin Ermənistan tərəfindən işğal edilmiş və hazırda işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların məlumatlandırılması istiqamətində aparılan işlərin zəruriliyi komissiya üzvlərinin diqqətinə çatdırılıb.

İclasda irəli sürülmüş təkliflərə dair komissiya üzvləri tərəfindən müzakirələr aparılıb və iclasın yekunu olaraq komissiyanın fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrindən və sahə üzrə ekspertlərdən ibarət İşçi Qrupun yaradılması, həmçinin müvafiq Tədbirlər Planının hazırlanması istiqamətində tədbirlərin görülməsi qərara alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri