26 
Avq
2021
09:32
495
54
4353
Virtual karabakh

Şuşa və Laçın sakinləri doğma yurdlarına səfər edir - FOTO

26 Avq, 2021
09:32
4353

Şuşa və Laçın sakinləri doğma yurdlarına səfər edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Şuşa şəhərinin bir qrup sakininin Şuşa şəhərinə səfəri təşkil olunub.

APA-nın məlumatına görə, şuşalılar 30 ildən sonra doğma şəhərlərini gəzəcək, məscidləri ziyarət edəcək, Cıdır düzündə olacaq, digər tarixi yerlərə baş çəkəcəklər. Bundan əlavə, onlara öz doğma evlərini görmək, yaxınlarının məzarlarını ziyarət etmək üçün də şərait yaradılacaq.

Qeyd edək ki, bu, Şuşa işğaldan azad olunandan sonra Şuşa sakinlərinin doğma şəhərinə təşkil olunan ikinci səfəridir. Şuşa sakinlərindən ibarət ilk qrupun səfəri avqustun 19-da baş tutub.

Əlavə olaraq Laçın rayonunun sakinləri də 30 ildən sonra ilk dəfə Laçın rayonuna səfərə yola düşüblər.

Laçınlılar Kəlbəcərdən keçməklə Laçın rayonunun Qorçu kəndində olacaqlar.

Səfər çərçivəsində onlar doğma kəndlərini ziyarət edəcəklər.

Şuşa və Laçın sakinlərini səfərdə media nümayəndələri müşayiət edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri