Sen
2021
15:20
54
319
20410
Virtual karabakh

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Çox sayda ölən var – FOTO

6 Sen, 2021
15:20
20410

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Çox sayda ölən var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 445 278 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52 850 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 550, ötən müddət ərzində isə ümumilikdə 4 563 070 test aparılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri