Sen
2021
23:55
22
396
4078
Virtual karabakh

Azərbaycanda dörd aylıq uşaq koronavirusa yoluxdu - Azyaşlı uşaqları necə qoruyaq? – VİDEO

6 Sen, 2021
23:55
4078

Azərbaycanda dörd aylıq uşaq koronavirusa yoluxdu - Azyaşlı uşaqları necə qoruyaq? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər uşaqlar arasında koronavirusa  yoluxmalar müşahidə olunur. Yoluxanların ən kiçiyi dörd aylıqdır, ən böyüyünün isə 16 yaşı var. Uşaqlarda koronavirus müxtəlif simptomlarla görülə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları ola bilər. Pediatr valideynlərə xəbərdarlıq edib. 

Pediatr Gülnarə Salahova deyir ki, son zamanlar uşaqlarda  koronavirusun mənfi təsirləndikləri müşahidə olunur. Müayinədən sonra məlum olur ki, uşaqların test nəticəsi pozitivdir. Azyaşlılarda koronavirus müxtəlif simptomlarla görülə bilər.

Pediatr bildirib ki, aşağı yaş kateqoriyasından olan uşaqlarda yoluxma daha çox valideynlərdən keçir. Yalnız valideynlərin erkən müraciəti əsasında bu virusun qarşısını almaq mümkündür.

Valideynlər özlərini peyvənd olunaraq , uşaqlarını isə sanitar-gigiyenik qaydalara riayət etməklə qoruya bilərlər deyə pediatr vurğulayıb.

Mənbə: Xəzərxəbər

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri