Sen
2021
17:48
13
104
1904
Virtual karabakh

Xarici ölkədə koronavirusa yoluxan şəxslərin sənədləri ölkədə qəbul edilmir? - AÇIQLAMA

8 Sen, 2021
17:48
1904

Xarici ölkədə koronavirusa yoluxan şəxslərin sənədləri ölkədə qəbul edilmir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkədə vətəndaşlar arasında xarici ölkəyə səfər zamanı koronavirusa yoluxan və orada müalicə alıb sağaldıqdan sonra sənəd alaraq ölkəyə qayıdanlar tərəfindən paylaşımlar edilir.

Oxu.Az xəbər verir ki, vətəndaşların iddiasına görə, xarici ölkədə COVİD-19 a yoluxduqlarına dair verilən sənədi Azərbaycanda aidiyyəti üzrə tələb edilən müəssisələrə təqdim etsələr də yerli orqanlar bu sənədi qəbul etmir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, xarici ölkədə yoluxub sağalan və ya vaksin olunan vətəndaşlar sənədlərini toplayaraq Səhiyyə Nazirliyinin qəbul şöbəsinə müraciət etməlidirlər:

“Təqdim olunan sənədlərin həqiqiliyi yoxlanıldıqdan sonra məlumatlar qeydiyyat sisteminə daxil ediləcək. Qeyd edək ki, hazırda proses davam edir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri