Sen
2021
13:04
234
13
4452
Virtual karabakh

Cəmil Babayevin atası: “Oğlumun qaytarıldığını qonşulardan eşitdim” - VİDEO

9 Sen, 2021
13:04
4452

Cəmil Babayevin atası: “Oğlumun qaytarıldığını qonşulardan eşitdim” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdərədə yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı hərbçi Cəmil Babayev ötən gün geri qaytarılıb. 

Baku TV Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusunun evinə baş çəkib. 

Cəmil Babayev 2000-ci ildə Goranboyun Muzdurlar kəndində dünyaya göz açıb. Orta məktəbi, hərbi xidməti bitirdikdən sonra 2020-ci ilin avqustunda MAXE kimi ordu sıralarında xidmətə başlayıb. 

44 günlük Vətən müharibəsində iştirak edib. Onun azad olunması Babayevlərin sevincini hədsiz edib. Atası Natiq Babayev övladının şad xəbərini qonşulardan eşitdiyini deyir. Cəmilin anası Südabə Babayeva övladından narahatlıq keçirsə də, ölkə rəhbərinə, Ali Baş Komandana olan inamı onu sakitləşdirib. Cəmil Babayev sentyabrın 3-də ailəsinə “Whatsapp”la səs ataraq səhhəti haqda danışıb. 

İndi Goranboyun Muzdurlar kəndində hər kəs tezliklə Cəmilin öz elinə, obasına qayıdacağı günü gözləyir. 

Qeyd edək ki, Cəmil Babayevin dayısı 90-cı illərin Qarabağ müharibəsində şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri