Sen
2021
16:44
13
85
2052
Virtual karabakh

Samsung, Galaxy Z Fold3 və Galaxy Z Flip3 üçün xüsusi öncədən sifariş aksiyası elan etdi - FOTO

9 Sen, 2021
16:44
2052

Samsung, Galaxy Z Fold3 və Galaxy Z Flip3 üçün xüsusi öncədən sifariş aksiyası elan etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günümüzdə Samsung yeni nəsil qatlanan ekranlı smartfonları - Galaxy Z Fold3 və Galaxy Z Flip3-ü təqdim etdi. Qatlanan smartfon qeyri-adi və maraqlı görünməklə yanaşı, öz sahibinə yeni istifadə təcrübəsi bəxş edərək, işləmək və dincəlmək üçün bənzərsiz imkanlar yaradır. Həm işləyərkən, həm də istirahət zamanı daha yüksək məhsuldarlıq əldə etmək istəyənlər üçün Galaxy Z Fold3 ideal bir cihazdır. 7.6” Infinity Flex ekranı və qatlanan smartfonlarda ilk dəfə S Pen dəstəyi, heç bir istifadəçini laqeyd qoymayacaq. Belə ki, smartfonda bütün məqamlar nəzərə alınıb: göz oxşayan dizayn, təkmilləşdirilmiş kamera funksiyaları və daha böyük xarici ekran.

Zərifliyi, təkrarolunmaz dizaynı və yığcamlığı sevənlər üçün isə Samsung Galaxy Z Flip3 sınamağı təklif edir. Şübhəsiz ki, bu smartfon fərdiliyinizi vurğulayacaq və diqqətin daim sizin üzərinizdə olmasını təmin edəcək.

Yeni nəsil Galaxy Z smartfonları yaradılarkən cihazların zədələnmədən qorunmasına xüsusi diqqət yetirib. İlk dəfə olaraq Galaxy Z Fold3 və Galaxy Z Flip3 smartfonları IPX8 standartlarına uyğun müdafiə ilə təchiz olunub, suyun 1,5 m dərinliyə 30 dəqiqə qala bilir. Hər iki cihazda cızıqlara və digər zədələrə qarşı smartfonda mövcud olan ən davamlı alüminium çərçivədən - Armor Aluminium-dan və möhkəm şüşədən - Gorilla Glass Victus-dan istifadə olunub. Burada hətta smartfonların qatlama mexanizmi də qorunur. Galaxy Z Fold3-də bütün elektron hisləsələr xüsusi qalın örtüklə və fırça mexanizmi ilə korroziyadan qorunur. Yəni şarnirin mexanikası incə lifli təbəqə sayəsində özünü təmizləyəcək şəkildə dizayn edilib.

Galaxy Z Fold3 ilə sizi başqa bir sürpriz də gözləyir - ekranın alt hissəsində yerləşdirilmiş kamera. Unikal texnologiya istifadəçilərin iş və istirahət üçün bütün görüntü sahəsindən istifadə etməsinə imkan yaradır. Kamera “dəliy”inə minimum sayda piksel yerləşdirilib. Yeni Eco² ekran texnologiyası daha az enerji istehlakı ilə 29 % daha çox parlaqlıq təmin edir. Axıcı keçidlər və cihazla sürətli qarşılıqlı əlaqə həm əsas, həm də xarici ekranlarda mövcud olan 120Hz yeniləmə sürəti ilə mümkün olub. Bundan əlavə, Samsung Galaxy Z seriyası sözügedən məhsul seriyasında ilk dəfə olaraq S Pen-in imkanlarından yararlanmağa kömək edir.

Əgər Galaxy Fold seriyası istənilən yerdə planşet ölçüsündə cihaza sahib ekrandan istifadə etmək üçün əvəz edilməzdirsə, Galaxy Z Flip3 əsl özünü ifadə cihazıdır. 2021-ci ildə qlobal bir fenomenlə, smartfonun ön kamerası qarşısında məzmun yaradılaraq, paylaşılan ilk sosial şəbəkə olan TikTok ilə üz-üzə gəldik. Bu səbəbdən hər kəsin ilham və özünü ifadə etmək üçün yollar axtardığı belə bir dövrdə, Galaxy Z Flip əvəzolunmazdır.

Smartfonun statik vəziyyətdə qalması üçün xüsusi dayaq tələb olunmur, əlavə ekranı “güzgü” kimi istifadə edərək, çəkiliş zamanı özünüzü real zaman çərçivəsində görə bilərsiniz. Galaxy Z Flip3 bənzərsiz rənglər, incə dizayn və üstün flaqman xüsusiyyətləri ilə özünəməxsusluğunuzu vurğulamaq üçün idealdır. Hətta qapalı vəziyyətdə belə smartfon mükəmməldir. Belə ki, burada smartfonu açmadan, bildirişlərlə tanış ola, vaxta baxa və ya istənilən mesajı tez cavablandıra bilərsiniz.

Smartfon kameralarına da xüsusi diqqət yetirmək gərəkdir, belə ki, üç modulu əsas kamerası olan Galaxy Z Fold3: ultra geniş, optik sabitləşdirmə (OIS) ilə təchiz edilmiş modul və ikiqat optik zoom-a malik obyektivlərdən ibarətdir. Hər üç kameranın icazəsi 12 MP təşkil edir. Galaxy Z Flip3 isə ikili əsas kamera modulu ilə təchiz olunub: 12 + 12 MP, f / 1.8 + f / 2.2 icazəli əsas və ultra geniş bucaq obyektivlərlə.

Bundan əlavə, smartfonlar güclü 5nm SDM888 prosessoru ilə təchiz olunublar ki, bu da harada olursunuzsa olun, daha dolğun istifadə təcrübə üçün enerji səmərəliliyi və sürətli cihaz performansını təmin edir.

Ən əsası isə indi öncədən sifariş kampaniyası çərçivəsində xüsusi təklif də keçərlidir. Belə ki, 1 sentyabr - 21 sentyabr tarixləri arasında Galaxy Z Fold3 | Galaxy Flip3 modellərini əldə edən hər kəs Galaxy Buds Pro və Samsung Care+ Eksklyuziv Display Sığortası hədiyyə əldə edəcək. Kampaniya yalnız rəsmi holoqramlı smartfonlara aiddir. 

Qeyd edək ki, bununla siz adı çəkilmiş smartfonların daxili “Infinity Flex” displeyi zədələnərsə, onu cəmi 175 AZN (Galaxy Z Flip3) / 225 AZN (Galaxy Z Fold3) ödəyərək dəyişə biləcəksiniz. Sığorta smartfon əldə edilən gündən bir il müddətində qüvvədə olacaq. Sığorta çərçivəsində displeyinizi yalnız bir dəfə dəyişə bilərsiniz. Sığorta yalnız daxili displeydə yarana biləcək fiziki zədələri əhatə edir.

Belə ki, smartfonunuz qəflətən əlinizdən düşsə və displeyi çatlasa, siz təklifdən yararlanaraq onu yenisi ilə əvəz edə bilərsiniz. Bunun üçün alış faktını təsdiq edən sənədlərlə (zəmanət kitabçası və qəbz) müvafiq servis mərkəzinə yaxınlaşmaq kifayətdir. Qeyd olunan sığorta proqramı “Samsung” şirkətinin istifadəçilərinə olan unikal təklifidir. Bu, həmçinin yaşana biləcək gözlənilməz hallardan sığortadır. Mütləq yararlanmağa tələsin.
Galaxy Z məhsul xəttinin smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irşad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal və World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri