10 
Sen
2021
14:14
334
38
2521
Virtual karabakh

Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib - YENİLƏNİB + FOTO

10 Sen, 2021
14:14
2521

Bakıda Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov və Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staroi iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini deyib, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət və investisiya əməkdaşlığına, iş adamları arasında əlaqələrə xüsusi önəm verilir.

TDƏŞ-in Baş katibi Bağdad Amreyev bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsində, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

11:22

Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi iqtisadiyyatlarımızın inkişafına töhfə verəcək. 

Bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türk Şurası iqtisadiyyat nazirlərinin 10-cu iclası ilə bağlı “Facebook” hesabındakı paylaşımında qeyd edib.

O bildirib ki, Türk Şurasına üzv dövlətlər arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması üçün bütün imkanlarımızdan istifadə etməliyik:

“Ölkələrimizin tarixi və mədəni yaxınlığından, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmalıyıq”.

10:00

Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası bu dəfə Bakıda keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası regional əlaqələrin inkişafı baxımından perspektivli əməkdaşlıq müstəvisidir:

“Həmkarlarımla ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə bağlı məsələləri müzakirə edəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri