10 
Sen
2021
17:48
277
27
3145
Virtual karabakh

Narkotacirin Bakıdakı evindən 14 kiloqramdan çox marixuana götürüldü - FOTO/VİDEO

10 Sen, 2021
17:48
3145

Narkotacirin Bakıdakı evindən 14 kiloqramdan çox marixuana götürüldü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayonun Şüvəlan və Mərdəkan qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseynağa Qafarzadə saxlanılıb.

Onun üzərindən 23 qram heroin və 2 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Hüseynağa Qafarzadənin Şüvəlan qəsəbəsində yaşadığı mənzilin zirzəmisindən əlavə 14 kiloqram marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmaları davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri