10 
Sen
2021
16:28
39
107
880
Virtual karabakh

Mədəniyyət TV-də daha bir yeni layihə: “Harmoniya” - VİDEO

Bu mövsümün yeni layihələrindən biri də dünya rəqslərinə həsr olunmuş “Harmoniya” verilişidir. 

Mədəniyyət TV-də yayımlanacaq verilişdə müxtəlif ölkələrin rəqsləri, sənətşünas-pedaqoqların maraqlı təhlili ilə təqdim olunacaq.

Proqramın ilk buraxılışı çılğın ispan rəqslərinə həsr olunub. “Flamenko”, “Fandaqo”, “Bolero”, “Hoka”, “Sarabanda” və s. rəqsləri haqda məlumatı xoreoqrafların maraqlı söhbətləri ilə “Harmoniya” təqdim edəcək. 

Veriliş ayda iki dəfə aparıcı Şaiq Ağayevin təqdimatında efirə çıxacaq. Gözəllik, ehtiras və mürəkkəb texnikanı özündə daşıyan ispan rəqslərini izləmək istəyirsinizsə, 11 sentyabr saat 16:00-da gözünüz Mədəniyyət TV-də olsun. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri