13 
Sen
2021
14:12
39
84
2408
Virtual karabakh

Adam bıçaqlayan azərbaycanlı Fransada ələ keçdi

13 Sen, 2021
14:12
2408

Adam bıçaqlayan azərbaycanlı Fransada ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.

“Report”un məlumatına görə, əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.

Azərbaycan vətəndaşının saxlanılmasına səbəb isə onun Almaniyada polis tərəfindən axtarışa verilməsi olub.

Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarəti yetirən S.İbişov ölkəni tərk edib.

Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb.

Nəhayət, ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri