13 
Sen
2021
15:38
329
8
2202
Virtual karabakh

Şuşanın Yuxarı Gövhər Ağa məscidinin təmiri bitmək üzrədir - VİDEO

13 Sen, 2021
15:38
2202

Şuşanın Yuxarı Gövhər Ağa məscidinin təmiri bitmək üzrədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunan Şuşada yenidənqurma işləri sürətlə davam edir.

Müharibədən sonra Prezident İlham Əliyevin yanvarın 14-də Şuşaya ilk səfəri zamanı istifadə edilən yararsız cığır indi Zəfər yolu ilə əvəzlənib.

Zəfər yolu ilə yanaşı, Füzuli şəhərindən tunellər daxil olmaqla magistral yol tikilir. Bu yol daha geniş və daha qısa olacaq. Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi ki, Füzulidən buraya yüksək gərginlikli xətlər çəkildi, yarımstansiya tikildi.

Düşmənin Şuşanı tərk edən zaman şəhərin su xətlərini partlatması nəticəsində 17 bulaq quruyub.

İndi isə şəhərə iki mənbədən su gəlir. Kanalizasiya xətləri yenidən qurulur. Yuxarı Gövhər Ağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhər Ağa məscidinin təmiri ilə bağlı göstərişlər artıq verilib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri