14 
Sen
2021
10:44
346
38
9439
Virtual karabakh

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır - YENİLƏNİB

14 Sen, 2021
10:44
9439

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“B4” stansiyasının tunelləri daha əvvəl inşa olunub. Bu stansiya “8 Noyabr” stansiyasının davamı olacaq.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli deyib. 

O bildirib ki, “B4” stansiya kompleksinin inşasına hələ başlanılmayıb:

“Yaxın zamanlarda “B4” stansiya kompleksinin də tikintisinə başlanılması gözlənilir. Bu stansiya da texniki təchizat cəhətdən Bənövşəyi xəttin əvvəlki stansiyaları kimi ən müasir avadanlıqlarla təchiz olunacaq. Tikinti işləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli

10:16

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür:

“Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı “B4” adlandırılan stansiyanın tikintisi ilə bağlı məsələlər gündəmdədir. Bu istiqamətdə tədbirlər görülür. Stansiya ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Artıq bu işlər sürətləndirilib. Bu stansiyanın da platformaları 7 vaqonluq olacaq. Yeni tikiləcək stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq. Yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.

Mənbə: Trend

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri