14 
Sen
2021
10:54
189
49
4764
Virtual karabakh

“Bu gün Embawood MMC-nin Azərbaycanda 141 mağazası fəaliyyət göstərir” - MÜSAHİBƏ

14 Sen, 2021
10:54
4764

“Bu gün Embawood MMC-nin Azərbaycanda 141 mağazası fəaliyyət göstərir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Embawood MMC-nin 25 illik inkişaf tarixçəsi mövzusunda həmsöhbətimiz şirkətin Kommersiya işlər üzrə Baş direktorun müavini Zaur Quliyevdir. 

- Azərbaycanda kiçik bir mebel mağazasından başlayan biznesin bu gün artıq beynəlxalq bazarda da müəyyən nailiyyətləri vardır. Bu uğurun sirrini  bizimlə bölüşə bilərsinizmi? 

- Hər bir evdə uyğun şəraitin təmin edilməsi prosesi düzgün mebel seçimi ilə başlayır. İllər öncə keyfiyyətli və istəklərə cavab verən mebel növləri indiki qədər əlçatan deyildi. Çeşid azlığı və əsasən xaricdən gətirilən məhsulların yüksək qiyməti mebeli yeniləmək istəyənləri fikirlərindən döndərirdi. Məhz bu dövrdə Embawood yerli bazara əminliklə daxil oldu. İnsanlara gündəlik həyatlarında rahatlığı təmin edən, zövqlərinə uyğun, keyfiyyətli, praktik mebel təqdim etmək missiyasını hədəf alan şirkətin bu gün Azərbaycanda toplam sahəsi 85 000 kvadratmetrdən böyük olan 141 mağazası fəaliyyət göstərir. 

- Ölkədə ilk milli mebel brendinin yaranmasından 25 il ötür. Bu dövr ərzində ən önəmli və təsirli hadisələr hansılardır?  

- 1996-cı ildə Embawood mebel brendi Azərbaycanın ilk yerli mebel markası olaraq Masallı fabriki ilə fəaliyyətə başladı. 2000-ci ildə Xırdalan Mebel Fabrikinin fəaliyyətə başlaması ilə Embawood daxili bazarda sözünü deyə biləcək brend adı altında inamla irəliləməyə davam etdi. 2002-ci ildə Embawood brendi altında ilk mağaza alıcılara təqdim olundu. Bir neçə il sonra, daha dəqiq desək, 2009-cu ildən etibarən istehsalçı şirkət olan Embawood, strategiyasını dəyişərək istehlakçıya daha yaxın olmaq üçün, pərakəndə satış şəbəkəsini qurdu. 2010-2011-ci illərdə rebrendinq ilə şirkət vizyonunda və missiyasında daha strateji və məqsədyönlü addımlar atıldı və bu günə qədər, zamanında qurduğumuz prinsiplər əsasında fəaliyyətimizi uğurla davam etdiririk. “Embawood” MMC-nin 5 tanınmış Mebel brendi (Embawood, Madeyra, Embakitchen, İdeal Dizayn, Embapanel ) fəaliyyət göstərir. Bu gün Embawood, Madeyra, Embakitchen özəl mətbəx brendi və İdealdizayn ofis mebeli müştərilərə geniş seçim imkanları və keyfiyyətli, funksional məhsullarını təqdim edir.

- Bir yerli şirkətin ümumdünya inkişaf konsepsiyası nədən ibarətdir?

- 25 il əvvəl yaranan və ildən ilə istehsal gücünü artıraraq inkişaf edən ilk yerli mebel şirkətinin, bu gün Azərbaycanda, həmçinin Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr daxil olmaqla toplam olaraq 7 fabriki fəaliyyət göstərir. Qeyd edim ki, sözügedən xarici ölkələrdə də həmçinin Embawood və Madeyra brend mağazaları mövcuddur. 

Son illər ərzində Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində, şirkətin potensial imkanları daha da genişlənmiş, ixrac qabiliyyəti yüksəlmişdir. Belə ki, yerli və xarici fabriklərdən Embawood məhsulları Avropa, Afrika, BƏƏ bazarlarına ixracatı daha da genişləndi. 

Hazırda şirkətə məxsus fabriklərdə Almaniya və İtaliyadan avadanlıqlar, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya  Çin, Belarus kimi ölkələrdən idxal olunan aparıcı brendlərə məxsus müxtəlif növ xammaldan istifadə olunur.  

- Embawood-u  2021-ci ildə digər mebel brendlərindən fərqləndirən və fərqləndirə biləcək xüsusiyyətlər hansılardır? 

- Hər saniyə dəyişən dövrdə daim hərəkətdə olmaq, müvafiq sahələrdə texnoloji inkişaf proseslərini izləmək, dayanmadan çalışmaq – bizim üçün prioritet məsələlərdir. Müştərilərin tələbini nəzərə alıb, rəqəmsal texnologiyalardan istifadə edərək, eyni zamanda mövcud trendlərə uyğunlaşmaq üçün Embawood dizayner qrupu yeni funksional mebel modelləri və evin rahatlığı üçün praktik həllər üzərində mütəmadi olaraq çalışırlar. Belə ki, 2021-ci ilin sonuna qədər brendin 17 yeni mebel dəstinin satışa çıxarılması gözlənilir. Beləliklə, yeni model məhsullarımızla yerli bazara trendləri gətirmiş oluruq. 

İşində daim yenilikçi olan şirkətimiz müştərilərin rahat seçim imkanlarını təmin etmək məqsədilə yenilənmiş veb-saytların üzərindən onlayn satış xidməti, görüntülü məsləhətçi, sosial şəbəkələr üzərindən müştəriyə dəstək xidmətlərini təqdim edir. Müştəri məmnuniyyəti missiyasını əsas tutan şirkətimizdə qaynar xətt və Satış Sonrası Xidmət vasitəsilə müştəridə yarana biləcək bütün sualları cavablandırılması, əldə olunan məhsullara 2 il zəmanət çərçivəsində mövcud çətinlikləri aradan qaldırılması operativ şəkildə həyata keçirilir. Bütün bu mərhələlər illər öncə formalaşan keyfiyyət zəncirini vacib hissələridir.  Embawood-la bəyəndiyiniz mebel dəstinin evinizə yerləşdirilməsi daha rahat və etibarlı şəkildə həyata keçirilməsi mümkündür. Hər evin, hər ailənin bir parçası olmaq arzusu ilə fəaliyyətinə davam edən ilk milli mebel brendi hər zaman müştərilərin qayğısındadır. 

Embawood – 25 il sizinlə. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri