14 
Sen
2021
17:35
29
172
2080
Virtual karabakh

Biləsuvarın sabiq icra başçısının məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb

14 Sen, 2021
17:35
2080

Biləsuvarın sabiq icra başçısının məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixi vəziyyətindən asılı olacaq.

Bu barədə Oxu.Az-a onun vəkili məlumat verib. 

Onun sözlərinə görə, M. Quliyevin vəziyyətindən asılı olaraq bu məsələyə baxılacaq:

“Hələ ki, vəziyyəti ağır olaraq qalır. Bu səbəbdən növbəti prosesin tarixi ilə bağlı heç nə demək mümkün deyil”.

Xatırladaq ki, vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub. Xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, M. Quliyevin məhkəmə iclası 10 sentyabr tarixinə təyin olunmuşdu. Sabiq başçının koronavirusa yoluxması səbəbi ilə proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri