14 
Sen
2021
17:50
63
210
14047
Virtual karabakh

Sabah Bakının bəzi mərkəzi yolları bağlanacaq

14 Sen, 2021
17:50
14047

Sabah Bakının bəzi mərkəzi yolları bağlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri nəzərdə tutulub. Bu səbəblə tədbirin davam edəcəyi müddətdə sakinlərin sadalanan istiqamətlərdə yollara çıxmaması xahiş olunur.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - İçərişəhər metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı - “AzNeft” dairəsi - Bəhram Gur heykəlinə qədər, kinci marşrut  S.Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olacaq.

“Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 (yüz əlli) nəfər şəxsi heyətinin iştirakı və hərbi orkestr olacaq.

Qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ərazidə xidmət aparacaq və müvafiq təhlükəsizlik tədbirləri görüləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri