14 
Sen
2021
20:13
34
829
7293
Virtual karabakh

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağırlaşıb

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı modul tipli hospitalından məlumat verilib.

Bildirilib ki, müğənni 80% oksigen dəstəyi alır: “O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 90%-dir. Huşu qapalıdır. Qan təzyiqi, şəkəri və nəbzi nəzarətdə saxlanılır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri