14 
Sen
2021
22:50
17
85
1554
Virtual karabakh

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum olub

14 Sen, 2021
22:50
1554

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminin vaxtı məlum olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimlərinə 15 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimlərində namizədlərə 4 vakant yer seçmək imkanı veriləcək.

“Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək”, - deyə Mərkəzdən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri