15 
Sen
2021
09:08
235
14
990
Virtual karabakh

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda beynəlxalq simpozium keçirəcək

15 Sen, 2021
09:08
990

Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda beynəlxalq simpozium keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə 2021-ci il 15-18 sentyabr tarixində müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər mövzusunda beynəlxalq simpozium keçirir. 

Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edəcək. Simpozium iştirakçıları 2021-ci il sentyabrın 15-də Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə Türk şəhidliyi və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş Ağdam rayonuna yola düşəcək. Simpozium 16 sentyabr tarixində Ağdamda öz işini davam etdirəcək. 

Simpoziumda Azərbaycan Respublikasının müstəqillik dövr tarixi, Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri, Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri və digər mövzular üzrə məruzələr dinləniləcək.

Simpozium iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri