15 
Sen
2021
11:12
56
29
1672
Virtual karabakh

Müəllimlərin NƏZƏRİNƏ: Vakansiya seçimi başladı

15 Sen, 2021
11:12
1672

Müəllimlərin NƏZƏRİNƏ: Vakansiya seçimi başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçiminə bu gün saat 11:00-da start verilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, 17 sentyabr saat 11:00-dək davam edəcək vakansiya seçimində namizədlərə dörd vakant yer seçmək imkanı verilib.

Vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplayan namizədlər iştirak edə bilərlər. Vakansiya seçimi prosesində iştirak edən namizədlərə elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edirik.

Qeyd edək ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Həmçinin tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri