15 
Sen
2021
10:24
149
18
3991
Virtual karabakh

Bakıda bəzi məktəblərdə dərslər başladı

Bu gündən Bakıda yerləşən bəzi özəl təhsil müəssisələrində yeni tədris ilinin təşkilinə başlanılıb.

Bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Oxu.Az-ın əməkdaşı yeni tədris ilinin təşkilinə başlanıldığı liseylərdən biri ilə əlaqə saxlayıb.

Bildirilib ki, lisey özəl təhsil müəssisəsi olduğundan sentyabrın 15-dən ənənəvi tədrisə start verilib.

Qeyd edək ki, sentyabrın 7-də təhsil naziri Emin Əmrullayevin 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirdiyi brifinqdə bildirib ki, 2021-2022-ci dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq. 

Nazir deyib ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri sentyabrın 22-dən ənənəvi şəkildə tədrisə başlayacaq:

“Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılacaq.

Tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq

Özəl məktəblər daha kiçikhəcmli olduqları üçün onların fəaliyyətinin ölkədə ümumi pandemioloji vəziyyətə təsir edəcəyini düşünmürük. Amma həmin məktəbin fəaliyyətinə təsir edə bilər. Ona görə də özəl məktəblər riskləri nəzərə alıb tədrisin bərpasına 1-2 həftə tez başlaya bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri