15 
Sen
2021
11:52
205
8
2144
Virtual karabakh

Ağacın ətrafına çəkilən hasar söküldü - FOTO

15 Sen, 2021
11:52
2144

Ağacın ətrafına çəkilən hasar söküldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonu, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə tikinti işlərinin aparılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işlərinin aparıldığı və şam ağacının hasarın içərisində qaldığı müəyyən edilib:

“Əməkdaşlarımızın nəzarəti altında ağacın ətrafına çəkilən hasar sökülüb və ətrafdakı ağaclar qeydiyyata alınaraq nəzarətə götürülüb”.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, onların mühafizəsinə həssas münasibət göstərərək nazirliyə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri