15 
Sen
2021
11:40
143
12
1534
Virtual karabakh

İƏT-in nümayəndə heyəti Azərbaycana gəldi

15 Sen, 2021
11:40
1534

İƏT-in nümayəndə heyəti Azərbaycana gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad olunan ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcək növbəti beynəlxalq nümayəndə heyəti Azərbaycana gəlib. Bir neçə gün ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı zamanı törətdiyi müharibə cinayətlərini, mədəni abidələrin dağıdılması, həyata keçirilən ekoloji terroru yerində araşdıracağıq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, səfərin yekununda isə bəyanatın qəbul olunması nəzərdə tutulur.

Qeyd edək ki, missiya İslam Əməkdaşlıq Təşkilatını (İƏT) təmsil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri