15 
Sen
2021
15:56
14
84
2427
Virtual karabakh

Səhiyyə Nazirliyindən fərqli nəticələr göstərən testlərlə bağlı AÇIQLAMA

15 Sen, 2021
15:56
2427

Səhiyyə Nazirliyindən fərqli nəticələr göstərən testlərlə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov koronavirus xəstələrindən götürülən test nümunələrinin fərqli nəticələr göstərməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Onun sözlərinə görə, COVID-19 testinin pozitiv çıxması birmənalı olaraq xəstəliyin olduğunu təsdiqləyir:

“Vətəndaşdan götürülən testlər standart olmadığı üçün fərqli cavabların olması təbii haldır. Bəzən şikayətlər daxil olur ki, vətəndaş bir neçə gün fərqlə test verir və nəticə fərqli olur. Ümumiyyətlə, tibbdə 100 faizlik nəticə yoxdur. Testlər standart olmadığına görə müxtəlif yerlərdə fərqli cavablar əldə edə bilərsiniz.

Seroloji testlərə etibar etmək o qədər də uyğun deyil. Əsas effektiv üsul Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təsdiqlənən PZR yaxma testinin aparılmasıdır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri