15 
Sen
2021
16:08
16
210
2112
Virtual karabakh

Prezidentin xüsusi nümayəndəsi: “Ermənilər tarixi yaddaşımızı silməyə cəhd ediblər”

15 Sen, 2021
16:08
2112

Prezidentin xüsusi nümayəndəsi: “Ermənilər tarixi yaddaşımızı silməyə cəhd ediblər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər".

Bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, “ermənilər Ağdamı xarabalığa çevirib” dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir:

“Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib.

Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Buraya gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.

Mənbə: Trend

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri