15 
Sen
2021
16:56
160
100
8228
Virtual karabakh

Azərbaycanın dünya çempionu narkotikə görə həbs edildi - FOTO/VİDEO

15 Sen, 2021
16:56
8228

Azərbaycanın dünya çempionu narkotikə görə həbs edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

Məlumata görə, X.Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib.

X.Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metamfitamin və tramadol həbi aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X.Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev faktı təsdiqləyib.

Qeyd edək ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

X. Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.

Mənbə: APA

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri