16 
Sen
2021
17:46
50
437
14768
Virtual karabakh

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür? - YENİLƏNİB + VİDEO

16 Sen, 2021
17:46
14768

Ağır vəziyyətdə olan Səyyad Əlizadə başqa xəstəxanaya köçürülür? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib. 

O bildirib ki, sənətçini Mərkəzi Gömrük Hospitalına köçürmək istəyirlər:

“Hazırda S.Əlizadə süni koma vəziyyətində saxlanılır. Vəziyyətində heç bir irəliləyiş yoxdur. Axşam saat 19:00 radələrində həkimlərin növbəti baxışı olacaq. Vəziyyəti dəyərləndirildikdən sonra, köçürülmə prosesinin səhhətinə mənfi təsir etməyəcəyinə rəy verilsə, Mərkəzi Gömrük Hospitalına yerləşdirmək istəyirik”.

“Sənətçinin həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti isə stabil olaraq qalır”, - deyə R.Qarayev qeyd edib.

09:26

Koronavirusa yoluxan Səyyad Əlizadənin və həyat yoldaşı Kəmalə Əlizadənin vəziyyəti stabil olaraq qalır. 

Bu barədə Oxu.Az-a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, sənətçinin həyat yoldaşı da müalicəsini davam etdirir:

“Kəmalə xanımın vəziyyəti nisbətən yaxşıdır. Lakin müalicələr başlayandan heç bir irəliləyiş yoxdur, stabil olaraq qalır. Səyyad Əlizadənin vəziyyəti isə ağırdır. Süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Həkimlər heç bir yenilik olmadığını deyir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri