16 
Sen
2021
17:22
39
478
31821
Virtual karabakh

Xalq artistinin küçələrdə yaşayan oğlu ilə bağlı dövlət qurumundan AÇIQLAMA - YENİLƏNİB

16 Sen, 2021
17:22
31821

Xalq artistinin küçələrdə yaşayan oğlu ilə bağlı dövlət qurumundan AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslan yenidən Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.

Bu barədə Oxu.Az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat verib.

O bildirib ki, Ç.Aslanovla danışıqlar aparılıb və yenidən sığınacağa yerləşdirilməsi üçün razılığa gəlinib:

“Aidiyyəti üzrə sığınacağa yerləşdirilməsi üçün prosedur qaydalarına uyğun tədbirlər görülür”.

12:00

Sosial şəbəkələrdə mərhum xalq artistləri Səyavuş Aslan və Ofeliya Aslanın oğlu Çingiz Aslanın görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, bir müddət əvvəl də onun küçədə qalması və psixoloji vəziyyətinin yaxşı olmaması ilə bağlı məlumatlar yayılmışdı. 

Ötən gün yenidən bir sıra xəbər saytlarında Çingiz Aslanovla bağlı məlumatlar paylaşılır, onun ciddi köməyə ehtiyacı olduğu yazılır. 

Oxu.Az-ın məsələ ilə bağlı sorğusuna cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub:

“Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlb edilməsi üçün əməkdaşlarımıza təlimat verilib. Və artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndəriliblər. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri