16 
Sen
2021
12:22
11
115
5239
Virtual karabakh

Şagirdlərin zəif nəticə göstərdiyi fənn açıqlandı

16 Sen, 2021
12:22
5239

Şagirdlərin zəif nəticə göstərdiyi fənn açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Beynəlxalq qiymətləndirmələrin nəticəsi zamanı məlum oldu ki, şagirdlərin təbiət fənləri üzrə bilikləri nisbətən zəifdir”. 

Oxu.Az-ın məlumatına görə, bunu “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. 

Onun sözlərinə görə, bu məqsədlə “Azərbaycanda ümumi təhsilin dövlət standartlarında” təbiət fənninin təliminə qərar verilib: 

“Təhsil Nazirliyinin dəstəyi ilə “Təbiət-5” dərslik komplekti hazırlanaraq ölkə üzrə 132 məktəbdə pilot sınağa təhvil verilib. Yeni dərslik V siniflərdə tədris olunacaq. Dərslik ilk dəfə tətbiq edildiyindən bu fənni tədris edəcək pilot siniflərin müəllimlərini təlimləndirmək məqsədi ilə dərslik müəllifləri tərəfindən treninqlər təşkil edilib”.

“Bu dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri kimya, biologiya və fizika fənləri olaraq ayrılacaq” - deyə o qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri