16 
Sen
2021
13:04
97
15
4599
Virtual karabakh

Sabah hava necə olacaq?

16 Sen, 2021
13:04
4599

Sabah hava necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 14-17 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri