16 
Sen
2021
15:50
129
60
2543
Virtual karabakh

Bakının iki rayonunda qanunsuz qəssabxanalar aşkarlandı - FOTO

16 Sen, 2021
15:50
2543

Bakının iki rayonunda qanunsuz qəssabxanalar aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Qanunsuz heyvan kəsimi fəaliyyəti ilə əlaqədar aşkar olunan faktlarla bağlı Agentlik və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Belə ki, paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub.

Aşağıda qeyd olunan fotolarda paytaxtın Yasamal (Məhəmməd Xiyabani küçəsi və Əsəd Əhmədov küçəsi) və Binəqədi (Səttar Bəhlulzadə küçəsi, Tayqa Ticarət Mərkəzi ilə üzbəüz) rayonlarında qanunsuz olaraq fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin görüntüləri əks olunub.

Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri