16 
Sen
2021
16:20
85
13
495
Virtual karabakh

Azərbaycan könüllüləri arasında “Bilik Günü”nə həsr olunmuş intellektual müsabiqə keçirilib

Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən tədbir və layihələr çərçivəsində könüllülərin olduqca böyük maraq göstərdikləri və fəal iştirak etdikləri intellektual müsabiqələr davam edir. 

Azərbayacan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə Azərbaycan könüllüləri arasında “Bilik Günü”nə həsr olunmuş növbəti intellektual müsabiqə keçirilib.

Könüllülərin asudə vaxtlarının səmərəli və əyləncəli təşkili, onların intellektual fəaliyyətə cəlb olunması, eləcə də bu sahədə bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə keçirilən müsabiqədə İttifaqa üzv təşkilatları təmsil edən 75 könüllü iştirak edib.

3 saylı ASAN Xidmət mərkəzində baş tutan müsabiqədə hər birində 5 könüllü olmaqla 15 komanda birincilik uğrunda mübarizə aparıb. “Nə? Harada? Nə zaman?” formatında keçirilən ilkin mərhələdə 8 komanda qələbə qazanaraq “Xəmsə” formatında keçirilən növbəti mərhələdə iştirak hüququ qazanıb. Bu mərhələdə isə “Miqrasiya Könüllüsü” İctimai Birliyini təmsil edən könüllülərdən ibarət komanda bütün rəqiblərini üstələyərək müsabiqənin qalibi olub. “AFFA və AVRO-2020” Könüllülər Proqramı və “Könüllü Dost” Proqramını təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər. Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, İttifaqın fəaliyyəti çərçivəsində Azərbaycan könüllüləri arasında müxtəlif intellektual müsabiqələrin, eləcə də əyləncəli idman yarışlarının növbəti aylarda davam etdirilməsi nəzərdə tutulub. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri