16 
Sen
2021
17:16
182
14
3426
Virtual karabakh

Milli Məclisin iki komitəsindən şikayətim var...

16 Sen, 2021
17:16
3426

Milli Məclisin iki komitəsindən şikayətim var...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iki komitəsindən narazılığımı dilə gətirmək istəyirəm. Yox, bu, onların fəaliyyəti ilə bağlı deyil. Sadəcə mediaya münasibətdə iş prinsipi məhdudiyyət və ya qadağalara söykənir deyə fikrimi dilə gətirmək istəyirəm.

Necə? Gəlin izah edək. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ən gərgin işləyən komitələrdən biridir, çünki demək olar ki, bütün qanunlara dəyişiklik və ya yeni qanunyaratma mexanizmləri bu komitədə müzakirə olunur.

Ancaq nədənsə, bu komitənin iclaslarında mətbuat iştirak etmir, daha doğrusu məhdud sayda olur. Digərlərimiz isə kənarda qalır.

Komitənin sədri birinci vitse-spiker Əli Hüseynlidir, peşəkardır, hüququ yaxşı bilir. Əli müəllim, mətbuatdan çəkinmək lazım deyil, əksinə, onun fəaliyyətinə zəmin yaratmaq lazımdır. Şəxsən parlamentin fəaliyyətini işıqlandıran biri kimi bu komitənin iclaslarına qatılmaq istəyirəm. Eləcə də kənarda qalan digər parlament jurnalistləri.

İkinci komitə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsidir. Komitənin sədri Ziyafət Əsgərovdur, burada ölkənin müdafiə qabiliyyəti və hərbi qanunvericiliyi ilə bağlı sənədlər müzakirə olunur.

İş qrafikinə görə Hüquq komitəsindən “geri qalır”. Bu komitənin iclasları isə çox zaman mediaya qapalı olur.

Səbəbi yəqin ki, sənədlərdə nəzərdə tutulan bəzi təhlükəsizlik məsələləri ilə əlaqədardır. Amma bəzi iclaslarda iştirak etməyimiz pis olmazdı.

Hörmətli Əli müəllim və Ziyafət müəllim yəqin ki, bu dediklərimizi nəzərə alacaq. Hərçənd onların mediaya münasibətinin konkret hansı meyarlara söykəndiyini də bilmirik...

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri