16 
Sen
2021
16:24
550
45
6679
Virtual karabakh

İtlə rəhmsiz davranan şəxs cəzalandırıldı - RƏSMİ + VİDEO

16 Sen, 2021
16:24
6679

İtlə rəhmsiz davranan şəxs cəzalandırıldı - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb. 

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib:

“Faktla bağlı təqsirkar İlkin Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videogörüntülərə görə bir kişi iti amansızcasına su kanalına atır. İtin həyat üçün mübarizə aparmasını isə gülüşlə qarşılayır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri