16 
Sen
2021
17:08
17
253
2873
Virtual karabakh

Lənkəranda ağır qəza: Sürücü öldü, yaralanan var - FOTO

16 Sen, 2021
17:08
2873

Lənkəranda ağır qəza: Sürücü öldü, yaralanan var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda avtomobil aşıb, bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Nərimanabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, Lənkəran istiqamətində hərəkətdə olan VAZ-2199 markalı 42-CA-210 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin Liman şəhər sakini 1984-cü il təvəllüdlü Fariz Mövsün oğlu Sadıqov təcili yardımın köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, ölən şəxs Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayevdir. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri