16 
Sen
2021
17:40
218
57
7772
Virtual karabakh

Təcili yardıma müraciət edən adama “Bismillah” cavabı verilib? - VİDEO

16 Sen, 2021
17:40
7772

Təcili yardıma müraciət edən adama “Bismillah” cavabı verilib? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə təcili tibbi yardım stansiyasında çalışan operatorla vətəndaş arasında olduğu iddia edilən səs yazısı yayılıb. 

Oxu.Az xəbər verir ki, yayılan səs yazısında vətəndaş iddia edir ki, qayınanası pişikdən qorxduğu üçün ürəyi tutub, halı pisləşib. İlk dəfə təcili tibbi yardım stansiyası ilə əlaqə saxladığında telefona cavab verən xanım ona deyib ki, “Bismillah (dua nəzərdə tutulur - red.) qoyun başının altına, yatsın”. Bu cavabdan sonra vətəndaş növbəti dəfə təcili tibbi yardım stansiyasına zəng edərək, o sözü kimin dediyini aydınlaşdırmağa çalışıb. 

Bu zaman telefona cavab verən növbəti operator isə burada beş operatorun çalışdığını və sözügedən söhbətin kiminlə olduğunu bilmədiyini deyib. Vətəndaşa cavab olaraq operator “Pişikdən qorxanda adamın ürəyi tutur?” deyə sual verib. Vətəndaş isə israrla qayınanasının ürəyinin tutduğunu, halının pisləşdiyini deyərək, səbəbin önəmsiz olduğunu deyib. 

Operator isə “Pişikdən qorxan adamın ürəyi tutanda təcili tibbi yardım gəlmir. Təcili yardım gəlib ona nə edəcək? Məntiqlə çağırış verin” deyib. 

Səs yazısı sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirələrə səbəb olub. 

Məsələ ilə bağlı Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına belə bir zəng daxil olmayıb:

“Səs yazısında vətəndaşın məhz Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəng etdiyi məlum deyil. İkinci tərəfdən vətəndaşların çağırışına cavab vermək üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında beş yox, ən azı 13-14 operator çalışır. Odur ki, bu səs Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aid deyil”. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri