16 
Sen
2021
17:24
116
209
4198
Virtual karabakh

Azərbaycan istehsalı olan maşınların sayı ARTIB - FOTO

16 Sen, 2021
17:24
4198

Azərbaycan istehsalı olan maşınların sayı ARTIB - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında istehsal edilən avtomobillərin sayı açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, müvafiq dövrdə ölkəmizdə 1 214 ədəd minik avtomobili istehsal edilib.

Bu istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44 ədəd və ya 3,7 faiz çoxdur. Təkcə avqust ayında isə 274 ədəd minik avtomobili istehsal edilib.

Səkkiz ay ərzində ölkəmizdə 432 ədəd traktor istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Təkcə iyul ayında isə 25 ədəd traktor istehsal edilib.

Ümumilikdə isə 228,1 milyon manatlıq maşın və avadanlıqları, digər nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 38,5 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 69,8 faiz azalıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri