16 
Sen
2021
17:12
187
36
3134
Virtual karabakh

“Qarabağ”ın oyununa görə metro xüsusi planla işləyəcək

16 Sen, 2021
17:12
3134

“Qarabağ”ın oyununa görə metro xüsusi planla işləyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 20:45-də Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək “Qarabağ” – “Bazel” oyununa görə “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq.

Bu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, gücləndirlmiş iş rejimi qurumun xüsusi əməliyyat planına əsasən tətbiq ediləcək:

“Metronun hər bir stansiya ilə bağlı xüsusi əməliyyat planı olur. BOS-da keçirilən tədbirlər zamanı da “Koroğlu” stansiyası üçün nəzərdə tutulmuş plan tətbiq ediləcək. Sərnişinlərin və qonaqların metrodan rahat istifadəsi üçün ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulur. Əgər ehtiyac olarsa, “Koroğlu” stansiyasının iş rejimi 15 dəqiqə artırıla bilər. Onu da qeyd edim ki, əvvəlki oyunlar zamanı təcrübələrimizə əsaslanaraq, bu müddətin bizə sərnişin axınını idarə etməyə kömək edəcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri