16 
Sen
2021
18:10
41
249
4390
Virtual karabakh

İdarə müdiri: “Bəzi müəllimlərin məktəbə gəlməsinə məhdudiyyətlər tətbiq edilə bilər”

16 Sen, 2021
18:10
4390

İdarə müdiri: “Bəzi müəllimlərin məktəbə gəlməsinə məhdudiyyətlər tətbiq edilə bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin özlərinin razılığı ilə məktəblərə gəlməsinə müəyyən məhdudiyyətlər tətbiq edilə bilər”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim zamanı bildirib.

Onun sözlərinə görə, bu məhdudiyyət onların sağlamlığının qorunması məqsədi daşıyır:

“Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq. Əsas hədəfimiz səhhətində heç bir problem olmayan təhsil işçilərinin bəhanəsiz şəkildə vaksin olunmasıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri