17 
Sen
2021
10:18
19
201
6186
Virtual karabakh

Tanınmış alim vəfat etdi - FOTO

17 Sen, 2021
10:18
6186

Tanınmış alim vəfat etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, akademiyanın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 88 yaşında vəfat edib.

Qeyd edək ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olub. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) fərqlənmə diplomu ilə bitirib. Təyinat üzrə o, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətinə başlamış, böyük laborant, kiçik və böyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifəsində çalışıb.

A.M.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri