17 
Sen
2021
13:08
23
752
11635
Virtual karabakh

Şuşada qəzaya düşən hərbi qulluqçumuz vəfat etdi - YENİLƏNİB + FOTO/VİDEO

17 Sen, 2021
13:08
11635

Şuşada qəzaya düşən hərbi qulluqçumuz vəfat etdi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan  və dünən vəfat edən hərbi qulluqçumuz Ülvi Xanəhməd oğlu İbrahimov doğulduğu Saatlı rayonunun Qara Nuru kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb. 

Oxu.Az həmin qəbiristanlıqdakı hərbi qulluqçumuzun məzarının fotolarını təqdim edirik:

11:30

Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib. 

Bu barədə Oxu.Az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 

O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri