17 
Sen
2021
11:58
18
196
2768
Virtual karabakh

Payız-qış aylarında koronavirusa yoluxma arta bilərmi? - Ekspertdən AÇIQLAMA

Payız-qış aylarında kəskin respirator virus xəstəliklərinin artması ilə yanaşı koronavirusa yoluxmanın da artacağı barədə cəmiyyətdə fikirlər səsləndirilir.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib ki, payız-qış aylarında ənənəvi olaraq qrip və digər kəskin respirator virus xəstəliklərinin fəsli artımı baş verir:

“Bunlardan qorunma tədbirləri koronavirus infeksiyasından qorunma tədbirləri ilə üst-üstə düşür. Beləliklə, bu viruslarla və koronavirus infeksiyası ilə yoluxmaların artmasını sürətləndirən səbəblər təmasların artması və bağlı məkanlarda insanların daha çox toplanması, soyuq aylarda immunitetin zəifləməsidir.

Bu yayılmanın sürətini azaldan faktorlar isə əhalinin profilaktik qaydalara nə qədər ciddi əməl etməsi və vaksinasiyanın kütləviliyinin təmin olunması ilə bağlıdır. Bu faktorların nəticəsində payız-qış mövsümündə koronavirusa, qripə və digər respirator infeksiyalara yoluxmaların sayı müəyyən ediləcək”.

Mənbə: Trend

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri