17 
Sen
2021
14:12
9
105
1268
Virtual karabakh

Bakıda avtomobil piyadanı vurdu

17 Sen, 2021
14:12
1268

Bakıda avtomobil piyadanı vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Mərdəkan-Buzovna yolunda olub. 

Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil 31 yaşlı qadını vurub. Qadın dərhal Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sözügedən yolda demək olar ki, hər gün yol-nəqliyyat hadisəsi baş verir. Qəzalara səbəb isə ya insanların piyadalar üçün nəzərdə tutulan yerlərdən keçməməsi, ya da yüksək sürət həddi olan yollarda piyadaların hərəkəti üçün keçidlərin olmamasıdır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri