17 
Sen
2021
17:08
180
21
1320
Virtual karabakh

Məktəblərdə hazırlıqlara başlanıldı - FOTO

Sentyabrın 22-də ibtidai siniflər, 29-da isə yuxarı sinif şagirdləri üçün qapılarını açacaq məktəblər pandemiya şəraitində ənənəvi tədrisin təşkili üçün hazırlıqlara başlayıb.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb.

Hazırlıq şəraitində məktəblər dezinfeksiya olunub, ara məsafənin qorunması üçün xətlər çəkilib. Dəhlizlərə və sinif otaqlarına spirtlər qoyulub, siniflər də hərarət ölçən cihazla təmin edilib.

Məktəbin qapısında isə şagirdləri müvafiq yoxlamalar gözləyir.

Bu il şagirdlərin tənəffüsə buraxılmasında da fəqliliklər olacaq. Belə ki, məktəblərdə tənəffüs zamanı şagirdlərin bir araya toplanmasına icazə verilməyəcək.

Qeyd edək ki, pandemiya şəraitində başlayacaq yeni tədris ilinin əsas fərqi müəllimlərdən peyvənd, immun və ya əks-göstəriş sertifikatlarının tələb olunmasıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri