17 
Sen
2021
16:00
98
29
5427
Virtual karabakh

Nazirlər Kabineti təhsillə bağlı yeni qərar verəcək

“Yaxın günlərdə ali və orta ixtisas təhsil müəssisələrində xüsusi karantin dövründə tədrisin təşkili qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarının qəbul edilməsi gözlənilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda təlimdə deyib. 

Onun sözlərinə görə, ənənəvi tədris bərpa olunduğu üçün əvvəllər mövcud olan qərara dəyişikliyin olması gözlənilir:

“Pandemiyanın davam etdiyini nəzərə alaraq, ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirdik.

Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur. Təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələblərin sayı çoxdursa, bu halda həmin dərslər onlayn keçirilə bilər.

Yaxud da bir çox universitetlər də təklif edirlər ki, təhsil növbəli şəkildə olsun. Hesab edir ki, auditoriyada çoxlu sayda tələbənin toplanmasının qarşısı alınacaq”.

O qeyd edib ki, təkliflərin universitetlərin öz öhdəsinə buraxılması düşünülür:

“Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə təklif etdikləri həll yollarını icra edəcəklər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri