17 
Sen
2021
17:35
371
19
4886
Virtual karabakh

Binalarda liftləri yararsız hala salan şəxs SAXLANILDI - FOTO/VİDEO

Xətai rayonunda binalarda liftlərin ehtiyat hissələrini və zirzəmilərdən keçən elektrik xətlərini oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən hadisələri etməkdə şübhəli bilinən Elvin Alıyev tutulub.

Araşdırma zamanı onun Xətai rayonu ilə yanaşı paytaxtın digər rayonlarında da analoji hadisələr törətdiyi məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqların bir neçəsi binalarda quraşdırılan təhlükəsizlik kameraları vaitəsi ilə də görüntülənib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Elvin Alıyev barəsində araşdırmalar davam etdirilir.

Onun qanunsuz hərəkətlərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri