17 
Sen
2021
17:26
390
178
9267
Virtual karabakh

“Pişikdən qorxubsa, “bismillah” desin” deyən tibb işçisi cəzalandırılır - RƏSMİ + VİDEO

17 Sen, 2021
17:26
9267

“Pişikdən qorxubsa, “bismillah” desin” deyən tibb işçisi cəzalandırılır - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona “bismillah” deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılır.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə vətəndaşın təcili tibbi yardıma müraciəti zamanı yaranan narazılığı ilə bağlı məsələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dərhal araşdırılıb:

“Abşeron Rayon Mərkəzi Xəstəxanasından TƏBİB-ə verilən məlumata görə təcili tibbi yardıma çağırışla əlaqədar vətəndaşla nəzakətsiz davranış nümayiş etdirən xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin tibb bacısı Raifə İbrahimova xəstəxana rəhbərliyi tərəfindən qəbul edilib və onun izahatı alınıb. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən tibb bacısı barəsində intizam tənbehi tətbiq ediləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri