18 
Sen
2021
10:03
543
215
25643
Virtual karabakh

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

18 Sen, 2021
10:03
25643

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. 

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb. 

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Təhlükəsizlik Xidməti Maqsud Mahmudovun saxlanıldığı barədə məlumat yayıb. O, paytaxtda yalnız taksi xidmətindən istifadə edib və tez-tez telefon nömrələrini dəyişib.

O, daha əvvəl də fırıldaqçılığa görə həbsdə olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri