18 
Sen
2021
12:30
406
24
2033
Virtual karabakh

Vətən Müharibəsi qazisinin talassemiyadan əziyyət çəkən oğlunun təcili əməliyyata ehtiyacı var

18 Sen, 2021
12:30
2033

Vətən Müharibəsi qazisinin talassemiyadan əziyyət çəkən oğlunun təcili əməliyyata ehtiyacı var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Vətən Müharibəsi qazisi Əli Həmidzadənin həyat yoldaşı Aytac Həmidzadə Media.Az-ın redaksiyasına kömək üçün müraciət edib.

Onların talassemiyadan əziyyət çəkən altı yaşlı oğlu Nihadın dərhal sümük iliyi nəqli əməliyyatına ehtiyacı var. Ancaq ailənin bunun pulunu ödəmək üçün maddi imkanı yoxdur.

Qadının sözlərinə görə, uşaq 2017-ci ildən Respublika Talassemiya Mərkəzində qeydiyyatdadır və burada müntəzəm müalicə olunur. Ancaq illər keçdikcə Nihad böyüdükcə xəstəliyin fonunda onun orqanizmində geri dönməz ciddi dəyişikliklər meydana gəlir:

“Daxili orqanlar zərər çəkib, sümüklər deformasiyaya uğrayıb. Nihadın qaraciyəri və dalağı genişlənir və üzündə dəyişikliklər müşahidə olunur. Onun immuniteti kəskin şəkildə aşağı düşüb və tez -tez xəstələnməyə başlayıb. Bədənin hərarəti yüksələndə, qanın keyfiyyətinə pis təsir etdiyinə görə ona qızdırmasalıcı dərmanlar verə bilmərik.

Həkimlər yeganə çıxış yolunun sümük iliyi nəqli olduğunu söyləyirlər. Üstəlik, uşağın bədənində dəyişikliklər prosesi davam etdiyi üçün bu mümkün qədər tez edilməlidir. İndi donor axtarırıq. İkinci oğlumuzun sümük iliyi Nihad üçün uyğun idi, ancaq anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkdiyi üçün sağlamlığını təhlükəyə ata bilmərik.

Amma əsas problem fərqlidir. Planlaşdırılan əməliyyat Türkiyədə olmalıdır və dəyəri təxminən 80 min manatdır. Bu məbləği toplaya bilmərik. Bütün bu illər ərzində oğullarımızın müalicəsinə artıq çoxlu pul xərcləmişik. Xahiş edirəm, ailəmizə kömək edin! Bu dünyada adamın övladlarının xəstələnməsini seyr etməkdən daha pis bir şey yoxdur...”.

Media.Az-ın redaksiya heyəti biganə qalmayan hər kəsi Vətən Müharibəsi qazisinin ailəsinin probleminə həssaslıq göstərməyə və bacardığı qədər balaca Nihada kömək etməyə çağırır.

Aytac xanımla bu telefonla əlaqə saxlaya bilərsiniz: +994 70 564 36 96.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri